Saytımızı qiymətləndirin


 
 

Tural Abbaslı: “QMİ-ni ləğv etsək, bu sahə başlı-başsız qalar“
Tarix: 08-04-2023 | Saat: 12:49
Bölmə:Karusel / Gündəm | çapa göndər

Tural Abbaslı: “QMİ-ni ləğv etsək, bu sahə başlı-başsız qalar“

Son günlər ölkəmizdə İranın agentura şəbəkəsinin ifşa edilməsi fonunda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fəaliyyətinin qadağan edilməsi təklif edilir. QMİ fəaliyyət göstərdiyi uzun müddət ərzində dindar kəsimlə normal iş qura bilməyib, ona görə də İran agentura şəbəkəsini ölkəyə yerləşdirməyə nail olub.

Qarabaginfo.az Pravda-ya istinadla xəbər verir ki, Ağ Partiyanın sədri Tural Abbaslı iQafqaz Müsəlmanları İdarəsinin ləğv olunmasının tərəfdarı deyil.

O bildirib: “Bu sahə üzrə nə qədər ixtisaslaşmış, peşəkar qurumlar fəaliyyət göstərsə, o qədər yaxşıdır. Əslində, dövlətin din siyasətini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparır. Mübariz Qurbanlının rəhbərlik etdiyi bir qurumun dövlətdəki dini vəziyyətə nəzarət etməsi nə qədər inandırıcıdır, yaxud nə qədər mümkündür? Bu da başqa məsələdir. Pisdən-yaxşıdan QMİ-də din, ilahiyyat bilgiləri olan insanlar yığışıb. Bu qurumun 30 ildən artıqdır, təcrübəsi var. Qafqaz Müsəlmanları İdarəsini də ləğv etsək, demək olar, bu sahə başlı-başsız qalar”.

T.Abbaslının sözlərinə görə, dövlətin bir proqramı, bu məsələlərə yanaşması olmalıdır ki, QMİ bu proqramı həyata keçirsin və bilinsin ki, xətti nədir:

“Bu məsələdə əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətsizliyini görürəm. Çünki bu qurumda daha çox məsuliyyət, səlahiyyət var. Komitənin də ləğv olunmasını istəməzdim. Əlavə bir qurumdur. İndiyə qədər bir çox məsələləri tənzimləyib.

Sadəcə, Komitənin işində optimallaşdırma apırıla bilər. Ləğv edəndə guya İranın agentura şəbəkəsi, dini vəziyyət yaxşı olacaq? Komitə işini koordinasiyalı şəkildə görməlidir. Böyük proqram hazırlamalı, dini məsələyə dövlətin baxışı, yanaşması, perspektivlərlə bağlı ümumi yanaşma olmalıdır ki, digər bütün dini qurumlar da bu xətt üzrə inkişaf etsinlər”.



Xəbəri paylaş

1111 dəfə oxunub.

Digər xəbərlər