Saytımızı qiymətləndirin


 
 

DİN Goranboyda evə basqınla bağlı məlumat yayıb
Tarix: 07-04-2023 | Saat: 10:16
Bölmə:Karusel / Kriminal | çapa göndər

İsmayıllı sakinlərindən 4 ədəd odlu silah götürülüb (FOTO)

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda evə silahlı basqınla bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Xocalı Rayon Polis Şöbəsinə Goranboy rayon Börü Qəsəbəsində 1 nəfərin odlu silahdan atəş açması barədə məlumat daxil olub.

“Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib və silahlı şəxs tərk-silah edilib. İlkin araşdırmalar zamanı məlum olub ki, 1962-ci il təvəllüdlü Mətləb Məmmədov, onun övladları 1993-cü il təvəllüdlü Surət Məmmədov, 1998-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Məmmədov və Mətləb Məmmədovun həyat yoldaşı 1966-cı il təvəllüdlü Ş. Əliyeva 2006-cı il təvəllüdlü A. Yunislinin evinə gələrək orada sonuncu və ailə üzvləri ilə münaqişə edib, Surət Məmmədov avtomobildə olan ov tüfəngindən havaya atəş açıb. Hadisə nəticəsində odlu silahdan deyil əlbəyaxa münaqişə nəticəsində bir neçə nəfər xəstəxanaya müraciət edib, vəziyyətləri normaldır. Mətləb Məmmədov, Surət Məmmədov və Samir Məmmədov saxlanılıb”, – o deyib.

Faktla bağlı Xocalı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb araşdırmalar davam etdirilir.



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər