Saytımızı qiymətləndirin


 
 

Mollaları qorxudan oyanış
Tarix: 06-04-2023 | Saat: 15:47
Bölmə:Karusel / Region | çapa göndər

Mollaları qorxudan Oyanış: Arazın o tayında son günlər maraqlı hərəkətlənmələr müşahidə olunur

Güney Azərbaycan türkləri sərhədə toplanır və Tehranın anti-Azərbaycan siyasətinə "Yox!" deyir.

 

Bizi 40 milyon bacı və qardaşımızdan ayıran Arazın o tayında son günlər maraqlı hərəkətlənmələr müşahidə olunur. Belə ki, Güney Azərbaycan türkləri Araz çayının sahilində toplaşır və bizə dəstək nümayiş etdirir, şüarlar səsləndirir, milli ruhlu mahnılar oxuyurlar. Güneylilər fars-molla rejimini anti-Azərbaycan siyasətinə son qoymağa çağırırlar.

Güneylilərin bu oyanışı heç şübhəsiz ki, molla rejimini təlaşlandırıb.

Dərhal hərəkətə keçən İranın güc strukturları güneyli soydaşlarımızın sərhədə yaxınlaşmalarının qarşısını kəsməyə və onların Azərbaycan Respublikasına dəstək aksiyaları keçirmələrini yasaqlamağa başlayıb.

Ancaq 40 milyon azərbaycanlı birdən ayağa qalxsa, mollalar bu selin, bu tufanın qarşısını heç cürə ala bilməz.

Mollalar da məhz həmin Tufan günündən, Oyanış vaxtından bərk qorxurlar.(visiontv.az)



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər