Rəşad Dağlının məhkəməsinin vaxtı məlum olub
Tarix: 06-04-2023 | Saat: 11:01
Bölmə:Karusel | çapa göndər
187 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-04-2023 | Saat: 11:01
Bölmə:Karusel | çapa göndər
Qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Qarabaginfo.az xəbər verir ki, iş üzrə hazırlıq iclası aprelin 17-ə təyin edilib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.
Hadisə ötən ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb.
Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamla təqsirli bilinərsə 9 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Xəbəri paylaş
Digər xəbərlər
18-08-2022, 15:45
Prezident: “65 məscidimiz yerlə-yeksan olunub”
8-06-2024, 10:50
Faktiki hava açıqlanıb
28-02-2022, 18:43
İsveç Belarusun Ukraynaya hərbi təcavüzdə iştirakını pisləyib
3-08-2022, 07:41
“ABŞ-a qarşı ciddi əks tədbirlər görüləcək” - Çin XİN
29-01-2021, 10:22
Samir Nuriyevin sədrliyi ilə qərargah yaradıldı
26-08-2021, 16:17
XİN məlumat yayıb
9-10-2021, 19:58
Ermənistan vətəndaşı öz hərbiçilərinin basdırdığı minaya düşüb
5-10-2022, 10:46
Goranboyda AĞIR QƏZA - Ana öldü, oğlu yaralandı
25-09-2020, 16:45
Azərbaycanın 10 milyonuncu adamı - FOTO
23-08-2024, 08:12
Harris özünü sağlam düşüncəli prezident adlandırıb














