Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda Avropa Məhkəməsinin təzminatla bağlı necə qərarı icra olunub? –HESABAT
Tarix: 06-04-2023 | Saat: 11:00
Bölmə:Karusel / Müsahibə | çapa göndər

2022-ci ilin dekabrınadək Azərbaycanda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 285 qərarı icra olunmamış qalıb. 2021-ci ildə bu rəqəm 271, 2020-ci ildə 235 olub.

Qarabaginfo.az bildirir ki, bu barədə Avropa Şurasının aprelin 6-da AİHM-in qərarlarının icrası olunmasıyla bağlı açıqlanan illik hesabatında deyilir.

Hesabatda deyilir ki, Nazirlər Komitəsi 2022-ci ildə AİHM-dən Azərbaycanla bağlı icrasına nəzarət üçün 49 qərar alıb. 2021-ci ildə bu qərarların sayı 46, 2020-ci ilsə ildə 51 idi.

2022-ci ildə AİHM 38 iş üzrə təzminatın tam ödəndiyini qeydə alıb. 45 iş üzrə isə kompensasiyanın ödənməsi hələ təsdiqlənməyib. Baxmayaraq ki, məhkəmənin qərarında qoyulmuş son tarixdən altı aydan çox müddət keçib.

AİHM Avropa İnsan Hüquqları Konvensiyasının pozuntuları üzrə qərarlar çıxarır. Məhkəmənin qərarlarının necə icra olunmasına Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edir.(Azpost.info)



Xəbəri paylaş

1375 dəfə oxunub.

Digər xəbərlər