“Qətlindən iki gün öncə görüşəndə Mikayıl Gözəlov mənə dedi ki...”- Əlisaab Orucov
Tarix: 05-04-2023 | Saat: 16:10
Bölmə:Karusel / Qarabağ / Müsahibə | çapa göndər
1184 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-04-2023 | Saat: 16:10
Bölmə:Karusel / Qarabağ / Müsahibə | çapa göndər
Şuşanın ilk icra başçısı... Sağ qalsaydı, 75 yaşı tamam olacaqdı...
“Volski və Polyaniçko ona qənim kəsilmişdilər...”
“Polyaniçko ona Şuşadan sonuncu dəfə çıxarılmış 63 erməni ailəsinin geri qayıtmalarına şərait yaratması haqda göstəriş verəndə Mikayıl belə cavab vermişdi...”
Bu gün – aprelin 5-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra Şuşa Rayon İcra Hakimiyyətinin ilk başçısı olmuş Mikayıl Gözəlovun doğum günüdür. Yaşasaydı, 75 yaşı olacaqdı... 1991-ci il dekabrın 11-də düşmənlərimizin var gücü ilə işğalına hazırlaşdığı Şuşa şəhərində - iş kabinetində qətlə yetirilmiş Mikayıl müəllimi onu şəxsən tanıyanlar və tanımayanlar nəinki Şuşanın, bütövlükdə Qarabağın erməni işğalından müdafiəsi üçün əlindən gələn fədakarlığı göstərmiş bir şəxsiyyət kimi xatırlayırlar...
Sabiq ədliyyə naziri Əlisaab Orucov Moderator.az-a açıqlamasında Mikayıl Gözəlovla bağlı xatirələrini bölüşüb:
“Şuşa rayonunun rəhmətlik icra başçısı Mikayıl Gözəlovu yaxşı tanıyırdım. Mikayıl cavan olmasına baxmayaraq, ağıllı və müdrik bir insan idi. O, Şuşa rayon icraiyyə komitəsinin sədri və sonra da partiya komitəsinin 1-ci katibi olanda Şuşanın müdafiəsi ilə bağlı çox işlər görmüşdü. Elə Qarabağda 1988-ci ildən Moskvanın dəstəyi ilə baş qaldıran erməni separatçılığına qarşı belə fəal mübarizəsinə görə də Kreml canişinləri Volski və Polyaniçko ona qənim kəsilmişdilər. Artıq 1989-1990-cı illərdə ermənilər Ağdamdan Şuşaya gələn sərnişin avtobuslarını və avtomobilləri Xankəndi yaxınlığındakı Ağa körpüsünün yanında nəinki daşa basır, hətta avtomat silahlardan atəşə tuturdular. Mikayıl Gözəlov bununla əlaqədar Xankəndinə gedib oradakı keçmiş vilayət məmurlarına öz sözünü demişdi: “Atdığınız bir gülləyə 10 güllə ilə cavab alacaqsınız”.
Polyaniçko ona Şuşadan sonuncu dəfə çıxarılmış 63 erməni ailəsinin geri qayıtmalarına şərait yaratması haqda göstəriş verəndə Mikayıl belə cavab vermişdi: “Doğma yurd-yuvalarından – Ermənistandan, Xankəndindən, Qarabağın kəndlərindən qovulmuş bütün azərbaycanlılar nə vaxt öz yurdlarına qaytarılacaqsa, o vaxt ermənilərin də Şuşaya qayıtmalarından danışmaq olar”...
Axır vaxtlar Polyaniçko ilə onun arasında tez-tez mübahisə baş verirdi. Münasibətləri olduqca gərginləşmişdi.
Yaxşı yadımdadır, qətlə yetirilməmişdən iki gün əvvəl Şuşada görüşəndə Mikayıl mənə dedi ki, dünən gecə saat 2-də kabinetinin giriş qapısının aşağı hissəsinə güllə atıblar. “Bunu Polyaniçkodan və onun əlaltılarından başqa heç kim təşkil edə bilməz” deyib güllə dəyən yeri mənə göstərdi.
Mikayıl Gözəlova məsləhət gördüm ki, həddindən artıq ehtiyatlı, ayıq-sayıq və tədbirli olsun. Çox heyif ki... Düşmən öz işini gördü... Onu qətlə yetirdilər... Amma o, sağ qalsaydı, çox güman ki, o vaxt Şuşanın müdafiəsini başqa cür təşkil edərdi...
Allah qəni-qəni rəhmət eləsin!..”
(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
21-05-2022, 18:35
Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib
1-02-2021, 21:17
Prezident İlham Əliyev və Mehriban Əliyeva Xırdalanda 3 saylı məktəb-liseydə yaradılan şəraitlə tanış olublar
25-06-2024, 10:37
Bu gündən sertifikasiyadan narazı müəlllimlərin şikayəti qəbul olunur
31-01-2022, 08:35
Qərb Poroşenkonu "ehtiyatda" saxlayır
21-03-2022, 22:18
Ukraynada indiyədək 925 mülki şəxs ölüb
23-02-2022, 15:38
Tahir Mirkişili İrəvanda spikerin Azərbaycanda erməni hərbçilərin saxlanılması barədə iddiasına münasibət bildirib
28-09-2022, 14:10
50 minə yaxın yeniyetmə abort etdirib - Qorxunc statistika
15-05-2020, 11:58
BMT koronavirusla bağlı yeni tövsiyələrini açıqladı
26-08-2022, 18:07
Mehriban Əliyeva uşaqlar üçün təşkil edilən şənliklə bağlı paylaşım edib