Saytımızı qiymətləndirin


 
 

Prezident baş naziri tənqid etdi: "Moskva dili ilə danışır"
Tarix: 31-03-2023 | Saat: 16:57
Bölmə:Karusel | çapa göndər

Prezident baş naziri tənqid etdi:

 

"Ölkənin baş naziri İrakli Qaribaşvili Moskva ilə eyni dildə danışır”.

 

Qarabaginfo.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu prezident Salome Zurabişvili deyib.

 

O, İrakli Qaribaşvilinin parlamentdə Aİ-nin ölkəni Rusiyaya qarşı ikinci cəbhə açmağa məcbur etmək üçün Gürcüstana qarşı planı ilə bağlı rusiyapərəst bəyanatlarını tənqid edib. Zurabişvili bu cür bəyanatları konspirasiya nəzəriyyələri adlandıraraq, mövcud hökumətin modelləşdirdiyi ssenarilərin Rusiyanın vədlərinə uyğun olduğunu vurğulayıb.

 

"Gürcüstan xalqı çox yaxşı bilir ki, Avropa İttifaqının yaradılması ideyası müharibəyə deyil, sülhə xidmət edir. Gürcüstandakı Avropa İttifaqı monitorinq missiyası ölkəmizin dinc inkişaf yolu ilə birbaşa sülhə xidmət edir", - Gürcüstan prezidenti bildirib.(Modern.az)



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər