Saytımızı qiymətləndirin


 
 

“29 marta qədər ödənişi edilmiş avtomobillər ölkəyə buraxılacaq” –RƏSMİ AÇIQLAMA
Tarix: 30-03-2023 | Saat: 14:41
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Nazirlər Kabinetinin qərarına əsasən yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi qadağan edilir.

Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və qərar 30 gün sonra qüvvəyə minir.

Qarabaginfo.az bildirir ki, həmin qərarın  30 gün sonra qüvvəyə minməsi barədə məlumatdan sonra xaricdən avtomobil sifariş edən vətəndaşların sualları yaranıb.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər