Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “29 marta qədər ödənişi edilmiş avtomobillər ölkəyə buraxılacaq” –RƏSMİ AÇIQLAMA
Ana Sayfa > Karusel / İqtisadiyyat > “29 marta qədər ödənişi edilmiş avtomobillər ölkəyə buraxılacaq” –RƏSMİ AÇIQLAMA

“29 marta qədər ödənişi edilmiş avtomobillər ölkəyə buraxılacaq” –RƏSMİ AÇIQLAMA


30-03-2023, 14:41. Yazar: Admin

Nazirlər Kabinetinin qərarına əsasən yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi qadağan edilir.

Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarına əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin ölkə ərazisinə gətirilməsi məhdudlaşdırılır və qərar 30 gün sonra qüvvəyə minir.

Qarabaginfo.az bildirir ki, həmin qərarın  30 gün sonra qüvvəyə minməsi barədə məlumatdan sonra xaricdən avtomobil sifariş edən vətəndaşların sualları yaranıb.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, 2023-cü il 29 mart tarixinədək (29 mart tarixi də daxil olmaqla) xarici ölkələrdən alınmış və bunu təsdiq edən müvafiq ödəniş sənədləri gömrük orqanlarına təqdim edilməklə gətirilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulub.


Geri dön