Fransanın keçmiş Baş naziri (2017-2020) və Havr şəhərinin meri Eduard Filipp naməlum toz torbası olan zərfdə ölümlə hədələnmiş məktub alıb.
Qarabaginfo.az “France Info”ya istinadla xəbər verir ki, bu barədə eks-nazirə yaxın olan mənbə məlumat verib. Mənbənin sözlərinə görə, məktub bələdiyyənin qəbuluna çatdırılıb.
“Zərf açıldıqdan sonra bələdiyyənin bir hissəsi polis tərəfindən mühasirəyə alınıb, zərfin içindəkilər ekspertizaya göndərilib. Zərfə toxunan dörd işçi müayinə olunub, lakin nəzərə çarpan simptomlar və ya sağlamlıq dəyişiklikləri aşkar edilməyib.
İndi polis Filippə məktubu kimin göndərdiyini öyrənməyə çalışır. Havr bələdiyyəsi hesab edir ki, hadisə pensiya islahatlarına qarşı ümummilli etirazlarla bağlı deyil”, - deyə agentlik yazıb.(Yenisabah.az)