Saytımızı qiymətləndirin


 
 

“2023 çətin illərdən biri olacaq” - BVF rəhbərindən bədbin PROQNOZ
Tarix: 30-03-2023 | Saat: 11:47
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Ukraynadakı müharibənin, eləcə də dünya dövlətlərinin monetar siyasətinin sərtləşdirilməsinin nəticəsində 2023-cü ildə qlobal iqtisadi artımın səviyyəsi 3 faizdən aşağı olacaq.

Qarabaginfo.az xəbər verir ki, bu proqnozla Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva çıxış edib.

“Qlobal iqtisadiyyat xeyli müddətdir ki, təlatümlü mühitdə olub, şokdan ardınca şok keçirir. Biz 2023-cü ilin daha bir çətin bir il olacağını gözləyirik. Uzun müddət davam edən aşağı faiz dərəcələrindən inflyasiya ilə mübarizə üçün lazım olan xeyli yüksək dərəcələrə sürətli keçid bəzi ölkələrin bank sektorunda istər-istəməz təlatüm yaradıb və siyasət qərarlarını daha da çətinləşdirib. – BVF rəhbəri deyib.

Onun fikrincə dünya iqtisadiyyatını gözləyən çətinliklərlə mübarizə aparmağın yeganə yolu əməkdaşlıq və həmrəylikdən keçir.

Qloballaşmanın dünya iqtisadiyyatı üçün, o cümlədən Asiya regionu ölkələrinin inkişafı baxımından faydalarını xatırladan Georgiyeva xəbərdarlıq edib: “Lakin biz onu da qəbul etməliyik ki, qloballaşmanın faydaları ölkələr və insanlar arasında bərabər şəkildə bölüşdürülməyib. Biz tədarük zəncirlərinin daha etibarlı olmasının və şaxələndirilməsinin lazım olduğunu başa düşdük”.



Xəbəri paylaş

189 dəfə oxunub.

Digər xəbərlər