Saytımızı qiymətləndirin


 
 

Blinkenin zəngləri –Rusiya və ABŞ Qarabağda üz-üzə gəlir?
Tarix: 22-03-2023 | Saat: 13:06
Bölmə:Karusel / Siyasət | çapa göndər

ABŞ çox güman ki, Prezident İlham Əliyevlə Nikol Paşinyanın yeni üçtərəfli görüşünü təşkil etmək istəyir.
ABŞ dövlət katibi Blinkenin 2 gün əvvəl Paşinyana, dünən Prezident İlham Əlievə zəng vurması bununla bağlıdır.
Rusiya açıq şəkildə Qərbin Üçtərəfli Bəyanatıın icrası ilə bağlı təşəbbüsün Moskvadan qoparılmasına qarşı çıxır. Lavrovun Mirzoyanla son görüşündə dediklərindən aydın olur ki, Kreml buna imkan vermək niyyətində deyil.
Sülh danışıqları geopolitik mübarizə meydanına çevrilir.
İndi çox incə diplomatiya tələb olunur. Bakının əlində “beynəlxalq logistika” və “Qələbə” kozuru ona bu vəziyyətdə uğurlu gedişlər etməyə imkan verir.
Paşinyan üçün əsas məsələ Xankəndi üzərində Bakının dominantlığına imkan verməməkdir. Çünki bu baş versə Paşinyanın “siyasi intiharı” olacaq.
Painyan buna görə, Rusiyanın əsas faktor kimi qalmaqla Qərbin vasitəçilik missiyasının Qarabağa gətirliməsi üçün əlləşir. Paşinyan bu addımla “Minsk qrupunu” diriltmək və prosesdən özü üçün siyasi risk itkisi olmadan çıxmaq istəyir.
Bakının Xankəndi ilə birbaşa danışıqları dəstəkləmək ideyasını Rusiya, ABŞ, Avropa İttifaqı da dəstəkləyir. Paşinyan da bunu istəyir. Amma bu dialoqun formatı mübahisəlidir: Bakı öz vətəndaşları olan erməni icması ilə danışmağa razıdır, Rusiya və Qərb isə hansısa “Kosovo variantı”nı ehtiva edən statusa işarələr edir.
Prezident İlham Əliyev bunu qəti şəkildə rədd edib.
Sülh danışıqları üçün Bakının təklifləri meydandadır. Bu sazişdə Qarabağ heç bir halda sövdələşmə faktoru kimi baxılmır.
Son proseslərin təhlili göstərir ki, geopolitik güclər Qafqazın siyasi arxitekturasında dəyişikliklər etmək üçün var gücləri ilə çalışır.
“Analitik” Təhlil Mərkəzi


Xəbəri paylaş

184 dəfə oxunub.

Digər xəbərlər