Saytımızı qiymətləndirin


 
 

Ötən il Ermənistanda 51 casus tutulub - MTX
Tarix: 15-03-2023 | Saat: 17:18
Bölmə:Karusel / Region | çapa göndər

Ötən il Ermənistanda 51 casus tutulub - MTX

2022-ci ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) silahlı qüvvələrin hərbi qulluqçularına qarşı 143 cinayət işi açıb.

Qarabaginfo.az "Armenian News"a istinadla xəbər verir ki, bu barədə “Ermənistan Respublikası hökumətinin 2022-ci ildəki proqramının (2021-2026-cı illər) icrasının gedişatı və nəticələri haqqında” hesabatda deyilir.

Sənədə əsasən, bu cinayət işlərindən 17-si dövlətə xəyanət, 47-si korrupsiya, 9-u qanunsuz silah və sursat dövriyyəsi, 12-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 58-i isə digər cinayətlər üzrə başlanıb.

Bundan əlavə, 2022-ci ildə MTX-nin İstintaq İdarəsi dövlətə xəyanət və casusluq faktları üzrə 26 cinayət işinə baxıb. 51 müttəhim üzrə 17 şəxsin cinayət işi məhkəməyə göndərilib. Eyni zamanda, 11 cinayət işi üzrə ibtidai araşdırmalar davam etdirilir.



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər