Saytımızı qiymətləndirin


 
 

Dünyanı dəyişəcək texnologiya təqdim edildi
Tarix: 15-03-2023 | Saat: 11:04
Bölmə:Karusel / Dünya | çapa göndər

Dünyanı dəyişəcək texnologiya təqdim edildi

 

ABŞ-ın "OpenAI" şirkəti GPT-4 adlı süni zəka çatbotunu təqdim edib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat verilib.

 

Şirkət bildirir ki, onun ən son texnologiyası "multimodal"dır, yəni qeyd olunan çatbot əvvəlki versiyalardan fərqli olaraq yalnız mətnlər yox, video, şəkil və səs kimi bir çox məzmun yarada biləcək. Tərtibatçıların sözlərinə görə, GPT-4 müxtəlif peşəkar və akademik sınaqlarda insan səviyyəsinə çata bilir.

 

Açıqlamada deyilir ki, GPT-4-nin sələfi ilə müqayisədə qadağan olunmuş məzmunla bağlı sorğulara cavab vermə ehtimalı 82% azdır, düzgün cavablar yaratmaq ehtimalı isə 40% çoxdur. Şirkət modelin təkmilləşdirilməsinə altı ay sərf edib. Buna baxmayaraq, "OpenAI" şirkəti GPT-4-ün mükəmməl olmadığını qeyd edir. Çatbot testlərin birində Elvis Preslini “aktyorun oğlu” adlandırıb. GPT-4 2021-ci ilin sentyabrından sonra baş verən hadisələrdən xəbərsizdir.(Modern.az) 

 

Mətbuatda yayılan məlumata görə, şirkətin bundan əvvəlki GPT-3.5 modeli 175 milyard parametrləri özündə cəmləşdirib. GPT-4 isə bundan dəfələrlə çox, 10 trilyon parameterə malik ola bilər.



Xəbəri paylaş

1131 dəfə oxunub.

Digər xəbərlər