Saytımızı qiymətləndirin


 
 

Nərimanov parkı təmirə bağlanır
Tarix: 27-02-2023 | Saat: 11:54
Bölmə:Karusel | çapa göndər

Nərimanov parkı təmirə bağlanır

 

Nərimanov rayonunun mərkəzi parkı hesab edilən Nərimanov adına istirahət parkında əsaslı təmir işlərinə başlanılır.​

 

Qarabaginfo.az xəbər verir ki, aparılacaq əsaslı təmir işləri çərçivəsində parkda tamet-daş üzlüklərin dəyişilməsi, müasir oturacaqların quraşdırılması, fontan meydanının yenidən qurulması, yeni yaşıllıq sahələrinin yaradılması nəzərdə tutulur.

 

Eyni zamanda parkın ərazisində yerləşən ictimai-iaşə obyektlərinin fasadlarının müasir üslubda təmiri, yeni işıq dirəkləri, eləcə də uşaqların, gənclərin, həmçinin yaşlı nəslin asudə vaxtlarının səmərəli, sağlam və əyləncəli keçirmələri üçün idman qurğularının quraşdırılması, uşaq meydançası və istirahət guşələrinin yaradılması da planlaşdırılıb.

 

Abadlıq və təmir işləri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.



Xəbəri paylaş

116 dəfə oxunub.

Digər xəbərlər