Saytımızı qiymətləndirin


 
 

Martda 113 dövlət əmlakı hərraca çıxarılacaq
Tarix: 22-02-2023 | Saat: 14:50
Bölmə:Karusel / Gündəm | çapa göndər

Martda 113 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mart ayında keçiriləcək hərraclara çıxarılan dövlət əmlaklarının sayı çox, çeşidi müxtəlifdir.

 

Nazirlikdən Qarabaqinfo.az-a bildirilib ki, növbəti ayda hərraclar martın 7-də və 10-da keçiriləcək. Martın 7-də təşkil olunacaq hərraca 15 kiçik dövlət müəssisəsi, 48 avtomobil çıxarılacaq. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, hamam, iaşə obyektləri, mağaza var. Nəqliyyat vasitələrinin əksəriyyəti Cənubi Koreya, Rusiya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1998-2013-cü illəri əhatə edir. Martın 10-da keçiriləcək hərraca 50 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan nəqliyyat vasitələrinin 21-i Azərbaycan Beynəlxalq Bankına məxsusdur və istehsal tarixi 2011-2014-cü illəri əhatə edir. Hərraca çıxarılan əmlakların tam siyahısı: (//clck.ru/33TqtH).



Xəbəri paylaş

1127 dəfə oxunub.

Digər xəbərlər