Saytımızı qiymətləndirin


 
 

Paşinyan çobanın sözü ilə generalı tutdurdu
Tarix: 22-02-2023 | Saat: 10:45
Bölmə:Karusel / Region | çapa göndər

Paşinyan çobanın sözü ilə generalı tutdurdu

Ermənistanda Paşinyan rejimi tərəfindən yüksək çinli zabitlərə qarşı cinayət təqibləri yeni vüsət alır. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturov ötən gün həbs edilib. Həbsdən 20 saat sonra onun vəkili bildirib ki, Xaçaturova nə dərman, nə də yemək aparmağa icazə verilməyib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri yazır ki, Baş nazir Nikol Paşinyanın Xaçaturovlar ailəsinə “sevgisi” 2018-ci il inqilabından sonra yaranıb:

“Əvvəlcə general Yuri Xaçaturova qarşı cinayət işi başlanıb və o, KTMT-nin baş katibi vəzifəsindən azad edilib. Lakin 1 mart işi daha sonra məhkəmədə iflasa uğradı. Sonra isə Yuri Xaçaturovun kiçik oğlu İqor Xaçaturov absurd ittihamlarla həbs olundu, ardınca sərbəst buraxıldı. 2022-ci ildə o, müxalifətin təşkil etdiyi Müqavimət Hərəkatında iştirak edərkən dövlət məmuruna hücum etməkdə ittiham olunub. İndi növbə digər oğlu Qriqori Xaçaturova çatıb. O, bacarıqlı, fədakar hərbçidir, lakin Nikol Paşinyanın istefasını tələb edən üsyankar mövqeyi ilə seçilir. 

Ermənistan Baş Prokurorluğunun məlumatına görə, cinayət təqibi “vəzifə mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş, xüsusilə külli miqdarda daşınmaz əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması)” maddəsi ilə başlanıb. Xaçaturovun işi Seyran Ohanyana qarşı başlanmış cinayət işlərindən biri ilə bağlıdır. Baş prokurorun parlamentə təqdim etdiyi vəsatətdə deyilir ki, müdafiə naziri Seyran Ohanyan Ararat mərzinin Armaş kəndindəki keçmiş hərbi hissələrin ərazilərinin özgəninkiləşdirilməsinə toxunaraq, vəzifə mövqeyindən xidmət maraqlarına zidd istifadə edib. Prokurorun sözlərinə görə, bu ərazilər hərbi hissə kimi “istifadəyə yararsız” olsa da, onlardan birini Qriqori Xaçaturova qohumluğu olan şəxsin aldığı hesab edilir. Prokurorluq isə yalnız başa düşdüyü sübutlara əsaslanaraq, əmlakın əsl sahibinin Qriqori Xaçaturov olduğuna qərar verib. Bu ehtimalın əsasını adıçəkilən kənddə çobanlıqla məşğul olan birinin ifadəsi təşkil edir. Çoban bildirib ki, keçmiş hərbi hissənin ərazisinin əsl sahibi Xaçaturovdur. Prokurorluq da qərara gəlib ki, Xaçaturov bu yararsız torpağı əvvəlcə kadastrdan ucuz qiymətə alıb, dostunun adına rəsmiləşdirib, sonra iki dəfə bankda girov qoyub, kredit götürüb və bu, çirkli pulların yuyulması kimi qiymətləndirilib. 

O cümlədən ərizəyə əsasən, Xaçaturova qohumu olan Edqar Arşakyan arasında İrəvanyan şossesinin 24/1 ünvanında yerləşən kadastr dəyəri 2 milyon 664 min dram olan torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanıb. Armaş icması və onun üzərindəki kadastr dəyəri 8 milyon 895 min 600 dram olan tikililər faktiki olaraq Qriqori Xaçaturova 4 milyon drama satılsa da, Edqar Arşakyan adına rəsmiləşdirilib. Beləliklə, əmlakın həqiqi mülkiyyəti təhrif olunub” - deyə qəzet prokurorluqdan sitat gətirib. 



Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər