Saytımızı qiymətləndirin


 
 

Bayden Kiyevdən Putinə səsləndi: SƏHV ETDİN
Tarix: 20-02-2023 | Saat: 15:46
Bölmə:Karusel | çapa göndər

Bayden Kiyevdən Putinə səsləndi: SƏHV ETDİN

 

ABŞ Prezidenti Co Bayden Kiyevdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.

 

Qarabaginfo.az xəbər verir ki, Bayden özünün "Twitter" hesabında səfərlə bağlı paylaşım edib.

 

"Ukraynanın demokratiyası, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz sadiqliyimizi bir daha təsdiqlədim”, - Bayden qeyd edib. O bildirib ki, Putin Ukraynanın zəif olduğunu, Qərbin isə parçalandığını düşünməklə dərindən səhv edib.

 

ABŞ lideri, həmçinin vurğulayıb ki, Ukraynadakı müharibə əsrin son üç rübündə Avropada ən böyük quru silahlı münaqişəsinə çevrilib. Baydenin sözlərinə görə, ukraynalıların döyüş meydanında bundan sonra da qələbələr qazanacağına şübhə yoxdur.

 

"Reuters"in məlumatına görə, Zelenski Kiyevdə Co Baydenlə uzaqmənzilli silahların tədarükü məsələsini də müzakirə edib.



Xəbəri paylaş

112 dəfə oxunub.

Digər xəbərlər