Tarix: 07-02-2023 | Saat: 11:42
Bölmə:Karusel / Dünya | çapa göndər
"Zəlzələdən 13.5 milyon vətəndaş ziyan çəkib".
Qarabaqinfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
"İlk 72 saat vacibdir. Daha əvvəlki zəlzələlərdə 100-cü saatda da bəzi vətəndaşlarımızı xilas edə bilmişdik. Dəyən ziyanın müəyyən olunmasına başlanılıb. Bütün komandamız cəlb olunub", - deyə nazir bildirib.
Onun sözlərinə görə, zəlzələ bölgəsindəki bəzi magistral yollar bağlanıb, açıq olan yollara isə zərurət olmadıqca çıxmaq tövsiyə olunmur.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3381 nəfər həyatını itirib, 20 426 nəfər isə yaralanıb. Həmçinin 5775 bina dağılıb. modern.az
Digər xəbərlər