Saytımızı qiymətləndirin


 
 

“Başa düşmürəm, Lavrovun sözlərindən niyə vəcdə gəliblər?” –Tofiq Zülfüqarovdan azərbaycanlı politoloqlara ETİRAZ
Tarix: 04-02-2023 | Saat: 14:39
Bölmə:Karusel / Qarabağ | çapa göndər

“Rusiyanın xarici işlər naziri Lavrovun  Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı bu günlərdə verdiyi şərhdən bəzi “politoloqlar”ın vəcdə gəlməsini başa düşmürəm. Onun mövqeyi həmişəki kimi Rusiyanın etnik motivli interpretasiyaya söykənən rəsmi mövqeyidir”.
Qarabaginfo.az bildirir ki, bu sözləri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Lavrovun “Ermənistan Azərbaycanın ərazisini işğal etmşidi” sözlərini şərh edərkən deyib.
“Əgər Rusiyalı nazirə diqqətlə qulaq assaq aydın olur ki, o  ilk dəfə olaraq Ermənistanın qondarma “Dağlıq Qarabağ respublikası”nın ətrafında “7 inzibati rayonun” işğal etdiyini rəsmi olaraq etiraf edib. O zaman sual yaranır: Bəyəm dediyi “Dağlıq Qarabağ respublikası” Ermənistan tərəfindən işğal olunmamışdı?Azərbaycana məxsus həmin ərazidə duran eyni işğalçı ordu deyil? -deyə T.Zülfüqarov etirazını bildirib.
 “Mənim qənaətim sadədir: Lavrovun mövqeyi həmişəki kimi Rusiyanın etnik motivli interpretasiyaya söykənən rəsmi mövqeyidir“- deyə sabiq nazir vurğulayıb.(Azpost.info)


Xəbəri paylaş

1190 dəfə oxunub.

Digər xəbərlər