Saytımızı qiymətləndirin


 
 

Bu yolda dairəvi hərəkət ləğv edildi - Fotolar
Tarix: 03-02-2023 | Saat: 17:48
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Bu yolda dairəvi hərəkət ləğv edildi

Müzəffər Nərimanov və Volodarski küçələrinin kəsişməsində (Ulduz dairəsi) yol hərəkətinin təşkilində dəyişiklik həyata keçirilib. 

Bakı Nəqliyyat Agentliyindən (BNA) “Qafqazinfo”ya verilən məlumata görə, hərəkəti buraxma qabiliyyətinin artırılması məqsədilə kəsişmədə dairəvi hərəkət ləğv olunub.

“Svetofor obyektləri vasitəsilə nizamlanan yolayrıcı təşkil edilib. Həyata keçirilən dəyişiklikdən sonra tunel istiqamətindən gələrək Heydər Əliyev prospekti və Ulduz metro stansiyası istiqamətinə hərəkət etmək istəyən nəqliyyat vasitələri kəsişmədən sağa, Volodarski küçəsinə dönərək yeni inşa olunan geriyə dönmə yerinə yönəlməlidirlər.

Ziya Bünyadov prospekti istiqamətindən gələn nəqliyyat vasitələri isə Xəlili Rza Ulutürk küçəsinə daxil olmaq üçün tunelin üzərindəki geriyə dönmə yerindən istifadə edə bilərlər. Layihə çərçivəsində bütün istiqamətlər üzrə nizamlanan eyni səviyyəli piyada keçidləri də təşkil edilib ki, nəticədə piyadaların hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb”, - məlumatda qeyd edilib.



 



Xəbəri paylaş

1129 dəfə oxunub.

Digər xəbərlər