Saytımızı qiymətləndirin


 
 

Erməni deputat: Qarabağdakı ermənilərə görə 3 milyon əhalimizi riskə ata bilmərik
Tarix: 03-02-2023 | Saat: 15:29
Bölmə:Karusel / Region | çapa göndər

Qurgen Arsenyan

"Ermənistanda 3 milyona yaxın erməni yaşayır və biz Qarabağdakı ermənilər naminə əhalimizi riskə ata bilmərik".

Qarabaginfo.az “News.am”a istinadən xəbər verir ki, bunu ölkənin hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Qurgen Arsenyan bu gün parlament dinləmələri zamanı bildirib.

Laçın dəhlizindəki vəziyyətlə bağlı ölkə müxalifətinin təşəbbüsü ilə çağırılan parlament dinləmələri zamanı çıxış edən deputat dinləmələrdə iştirak edənləri məsuliyyətsizlikdə ittiham edib.

“Sözlərinizə və daha öncə səsləndirdiyiniz ittihamlara görə cavab verməyə hazırsınız? Sadəcə olaraq oturub barmaq yelləyirsiniz. Prioritetlərinizi düzgün müəyyənləşdirin və baş verənləri düzgün təsəvvür etməyə başlayın”, - Arsenyan qarşı tərəfi tənqid edib.

Onun sözlərinə görə, xalq artıq 2021-ci ildə keçirilmiş seçkilərdə hazırkı müxalifətin barəsində hökm çıxarıb.

Arsenyanın açıqlamaları isə söz davasına səbəb olub.

Müxalif “Ermənistan” blokunun parlament fraksiyasının sədri və dinləmələrə sədrlik edən Seyran Ohanyan iclas iştirakçılarını susmağa və Arsenyanın çıxışını davam etdirməsinə icazə verməyə çağırıb, lakin onun xahişlərinə dəfələrlə məhəl qoyulmayıb.

“Qarabağda baş verənləri manipulyasiya etmək sizə Ermənistanda hakimiyyətə gəlmək imkanı verməyəcək, bunu unudun”, - deyən Arsenyan onu da əlavə edib ki, “Vətəndaş müqaviləsi” partiyası Ermənistanın dövlət maraqlarını təmin edən məsul qurumdur.

Arsenyan həmin olduğunu bildirib ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması ölkəsinin milli maraqlarından irəli gəlir və qeyd edib ki, qorxu və nifrət dolu ifadələr səsləndirməkdən çəkinmək lazımdır, çünki bu tip çıxışlar yalnız ziyan vurur.(Apa)



Xəbəri paylaş

1109 dəfə oxunub.

Digər xəbərlər