Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Qarabaginfo.az-a verilən məlumata görə, fevralın 1-də saat 15:05-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin texniki müşahidə məntəqəsi və sərhəd gözətçi gəmisinin qarşılıqlı fəaliyyəti nəticəsində Astara reydində, Xəzər dənizinin Azərbaycan Respublikası sektorunda sahildən 11.4 mil məsafədə sənaye üsullu lövbərə bağlanmış 2 ədəd kisə aşkar edilmişdir.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Kisələrə baxış zamanı ümumi çəkisi 12 kiloqram 60 qram narkotik vasitə “marixuana” aşkar olunaraq götürülmüşdür.