Saytımızı qiymətləndirin


 
 

Rusiyaya qalib gəlmək mümkün deyil - Antonov
Tarix: 19-01-2023 | Saat: 11:54
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Rusiya ordusu Qərb ölkələrinin Ukrayna qoşunlarına göndərdiyi istənilən silahı məhv edəcək. 

Bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib.

“Bu, hamıya aydın olmalıdır: amerikalılar və ya NATO Ukrayna Prezidenti Vladimir Zelenski rejiminə hansı silahları versələr də, biz onları məhv edəcəyik. Ukraynaya silah vermək yalnız mülki əhali arasında itkilərin artmasına gətirib çıxaracaq və keçmiş Sovet respublikasında əlavə çətinliklər yaradacaq. Rusiyaya qalib gəlmək sadəcə mümkün deyil. Qələbə bizim olacaq”,- Antonov deyib.




123 dəfə oxunub.

Digər xəbərlər