Saytımızı qiymətləndirin


 
 

Lavrov Baydenin siyasətini Hitlerlə müqayisə etdi
Tarix: 18-01-2023 | Saat: 14:11
Bölmə:Karusel / Dünya | çapa göndər

Lavrov Baydenin siyasətini Hitlerlə müqayisə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın yürütdüyü siyasəti Hitler Almaniyasının siyasətinə bənzədib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, nazir bu barədə keçirdiyi 2022-ci ilin xarici siyasət yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb.

"Qlobal iqtisadi böhran Ukraynada xüsusi əməliyyat başlamazdan xeyli əvvəl yetişməkdə idi. Ukraynaya verilən dəstəyin miqdarı göstərir ki, Qərb Rusiyaya qarşı müharibəyə çox şey qoyub. Qərb açıq şəkildə bildirir ki, o, Rusiyaya qarşı istifadə etdiyi vasitələrdən istənilən başqa etiraz edən dövlətə qarşı da istifadə edəcək. Aİ və NATO arasında əməkdaşlıq haqqında bəyannamə imzalanması Avropanı birbaşa hərbi alyansa tabe edir", - deyə XİN başçısı bildirib. 

"ABŞ-ın Rusiya Federasiyasına qarşı koalisiya yaratmaq üzrə hərəkətləri SSRİ-yə qarşı vuruşan Hitlerin hərəkətləri ilə müqayisə etmək olar. ABŞ "Rusiya məsələsini nəhayət həll etmək" məqsədilə koalisiya yaratdı ki, Moskva strateji məğlubiyyətə uğrasın", - Lavrov əlavə edib./Modern.az  



Xəbəri paylaş

1113 dəfə oxunub.

Digər xəbərlər