Saytımızı qiymətləndirin


 
 

ABŞ və Avropa Birliyi Vardanyan haqqında nə düşünür? - Rəsmi sənədlər deyir ki...
Tarix: 18-01-2023 | Saat: 12:24
Bölmə:Karusel / Region / Yazar | çapa göndər

ABŞ və Avropa Birliyi Vardanyan haqqında nə düşünür? - Rəsmi sənədlər deyir ki...

Ruben Vardanyan beynəlxalq səviyyəli fırıldaqçıdır. Bu, birmənalıdır. Bəziləri deyir ki, ancaq nə ABŞ, nə də Avropa İttifaqı ona qarşı sanksiya tətbiq etməyib. Düz deyirlər. Ancaq ortada ən azı 2 mühüm fakt var. Hansılardır?

 

1. ABŞ Nümayəndələr Palatasının müzakirəsinə çıxarılmış qanun layihəsində biz onun adını Vladimr Putinin adı ilə yanaşı görürük. Heç şübhəsiz ki, cənab Vardanyanın adı ora təsadüfən düşməyib.

Deməli, ABŞ Nümayəndələr Palatası Roman Abramoviçdən Anton Vaino-ya qədər 35 rusiyalı iş adamına sanksiya tətbiq edib. O sırada Ruben Vardanyanın adı yoxdur. Lakin ABŞ Nümayəndələr Palatasında onu və digər “kleptokratları” şəxsi sanksiyalara məruz qoymağa çağıran “Putinin Hesabatlılığı Aktı” adlı qanun layihəsi də var. O sənəddə  Vardanyanın adı çəkilir. Hətta xüsusi sanksiyalara məruz qalmayan Rusiya biznesmenləri də ölkəyə qarşı geniş maliyyə məhdudiyyətləri ucbatından Rusiyanı tərk etməli olub. Ruben Vardanyan da onlardan biridir.

Yəni amerikalılar Vardanyanın müdafiəsinə qalxanda bu faktı onlara xatırlatmaq olar. Həmin sənəd 2022-ci ilin yanvarın 19-da ortaya çıxıb.

Avropada da cənab Vardanyanın imici bərbad gündədir. Belə ki, Rusiyanın “Troyka Dialoq” investisiya bankının keçmiş prezidenti kimi Ruben Vardanyan və Litvanın “Ukio” bankının (bu bank da Troyka Dialoq tərəfindən yaradılıb) keçmiş sahibi Vladimir Romanov haqqında korrupsiyaya qarşı beynəlxalq səviyyədə mübarizə aparan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (Organized Crime and Corruption Reporting Project) (OCCRP) təşkilatı və tərəfdaşları tərəfindın “Troyka Laundromat” – şirkətlər şəbəkəsi ilə bağlı araşdırmaları dərc etdikdən sonra Avropa Parlamentinin bu məsələyə diqqəti artıb. Belə ki, Litvanın Avropa Parlamentindəki təmsilçisi Petras Austreviciusun təşəbbüsü ilə müraciət qəbul edib. Müraciət Almaniya, Böyük Britaniya, Belçika, Finlandiya, İsveç və Polşa da daxil olmaqla 14 Avropa Birliyi ölkəsindən 21 deputat tərəfindən imzalanıb. Avropa Parlamentinin üzvləri bankirlərə sanksiya tətbiq etməklə yanaşı, mümkün qədər tez bir zamanda “AB-də çirkli pulların yuyulmasına qarşı nəzarət orqanının” yaradılmasını təklif ediblər. İmzalayanlar bəyan ediblər ki, “Troyka”nın çirkli pulları yuması qalmaqalları “AB-nin maliyyə fırıldaqçılığı və çirkli pulların yuyulması ilə mübarizədə zəifliyini və hazırlıqsızlığını üzə çıxarıb”.

OCCRP-nin məlumatına görə, 2006-2013-cü illərdə müxtəlif hesablar vasitəsilə 4,5 milyard dollardan çox vəsait qeydə alınıb. Bu müddət ərzində 9 milyard dollara yaxın vəsait yuyularaq Rusiyadan çıxarılıb.

“Vardanyan Rusiyada milyardlar qazanıb. İndi Vardanyan Rusiyaya qarşı sanksiyalara görə bu pul və daşınmaz əmlakını itirə bilər”, - Rusiyanın hökumətyönlü analitiki Sergey Markov “Telegram” kanalında belə yazmışdı. “İndi isə Vardanyan ən qəşəng qambiti edir. Özünü qarabağlılara qurban vermiş kimi davranır. Qarabağa köçür, Rusiya vətəndaşlığından imtina edir və bununla da Rusiya əleyhinə sanksiyalardan yayınır”.

Gördüyüz kimi, istər ABŞ-da, istərsə də Avropa Birliyində Ruben Vardanyan fırıldaqçı qismində tanınır. Özü də rəsmi sənədlər əsasında.

Hansı məntiqlə Azərbaycan Qarabağ erməniləri ilə bağlı strateji xarakterli danışıqları Ruben Vardanyan kimi fırıldaqçı ilə aparmalıdır? Azərbaycan təkidlə Ruben Vardanyanın Qarabağdan qovulmasını, özü də biabırçı şəkildə qovulmasını təmin etməlidir. Düşünürəm ki, rəsmi Bakı bu hədəfə çox yaxındır. Elə bugünlərdən Vardanyanın istefa ilə bağlı atdığı tiwit bu prosesin yekunlaşmaq üzrə olduğunu göstərdi...

 

Elbəyi Həsənli



Xəbəri paylaş

1222 dəfə oxunub.

Digər xəbərlər