Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Rusiya XİN rəhbərləri Laçın yolundakı vəziyyəti müzakirə edib
Tarix: 17-01-2023 | Saat: 20:30
Bölmə:Karusel / Manşet | çapa göndər

Azərbaycan və Rusiya XİN rəhbərləri Laçın yolundakı vəziyyəti müzakirə edib

Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub.

Qarabaginfo.az-ın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, yanvarın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı zamanı ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələlərini müzakirə olunub

 

Rusiya tərəfi 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda müəyyən edilmiş parametrlərə uyğun olaraq Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinin ən qısa müddətdə tam şəkildə açılmasının vacibliyini vurğulayıb.

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas trekləri üzrə hərtərəfli işin bərpası üçün bütün əlaqəli məsələlər üzrə qarşılıqlı məqbul həllərin əldə edilməsinin vacibliyi də vurğulanıb.



Xəbəri paylaş

1108 dəfə oxunub.

Digər xəbərlər
9-10-2022, 12:35 Sabah yağış yağacaq