Saytımızı qiymətləndirin


 
 

Yaqub Eyyubov daş atıb başını tutdu: “Nə pul, nə 1 milyard…”
Tarix: 17-01-2023 | Saat: 17:37
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yaqub Eyyubov daş atıb başını tutdu: “Nə pul, nə 1 milyard…”

 

Azərbaycan Baş nazirinin 1-ci müavini Yaqub Eyyubovun oğlunun adına Latviyanın paytaxtı Riqa şəhərindəki bankda yerləşdirdiyi 1 milyard dolların dondurulması barədə xəbər yayılıb.


Qarabaginfo.az xəbər verir ki, bu xəbərə aydınlıq gətirmək üçün Gununsesi.info-nun əməkdaşı Baş nazin 1-ci müavini ilə danışıb.
 

Sualı dinləyən Yaqub Eyyubov “nə pul, nə 1 milyard… Kim deyir bunu?” söyləyərək telefonun dəstəyini asıb.


Qeyd edək ki, Yaqub Eyyubovun Azərbaycandan xaricə, xüsusilə də Kanadaya yüz milyonlarla vəsait çıxarması barədə faktlar illər öncə də yayılıb.
 

Yaqub Eyyubov hazırda 78 yaşındadır. O, 24 oktyabr 1945-ci ildə Mingəçevir şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. Əmək fəalliyyətinə 1964-cü ildə leyt.Şmidt adına zavodda tornaçı kimi başlayıb. 

1997-1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsinin sədri, 1998-1999-cu illərdə həmin komitənin sədrinin səlahiyyətlərini icra edən, 1999-cu ildən Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri olub.

1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini vəzifəsini tutub.

Yaqub Eyyubov 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.(Modern.az)



Xəbəri paylaş

1144 dəfə oxunub.

Digər xəbərlər