Tarix: 11-01-2023 | Saat: 14:34
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistan aviaşirkətlərinin Türkiyəyə hava yolu vasitəsilə yük daşımalarında iştirakı barədə yeni açıqlama verilib.
Qarabaginfo.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində ölkənin ərazi-idarəetmə nazirinin müavini Armen Semonyan danışıb.
Onun sözlərinə görə, bu məsələ hələlik məlum deyil.
"Ermənistan aviaşirkətlərinin Türkiyə ilə yükdaşımalarda iştirak edib-etməyəcəyi məlum deyil. Uçuşların təşkili qaydası və aviaşirkətlərin siyahısı hələ təsdiq edilməyib. Çox güman ki, reyslər paritet əsasında həyata keçiriləcək. 2022-ci ildə Ermənistanın aviaşirkətlər bazarında Rusiyanın “Aeroflot” şirkəti birinci, Ermənistanın “FlyOne” şirkəti ikinci, “Fly Arna” isə üçüncü yerdə qərarlaşıb", - deyə nazir müavini bildirib.
Qeyd edək ki, bundan əvvəl Türkiyə normallaşma prosesi çərçivəsində Ermənistanı birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanın aradan qaldırılması barədə məlumatlandırıb.(modern.az)
Digər xəbərlər