Saytımızı qiymətləndirin


 
 

Neft Daşlarında dalğanın hündürlüyü 5.3 metrə çatıb - FAKTİKİ HAVA
Tarix: 22-07-2020 | Saat: 11:01
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Neft Daşlarında dalğanın hündürlüyü 5.3 metrə çatıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az -a verilən məlumata əsasən iyulun 22-si səhərədək bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, arabir yağış yağıb, Böyük və Kiçik Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub. Qazax rayonunun Birin, Şıxlı, İkinci Şixlı kəndləri ərazisində iyulun 21-də 18:20 radələrində leysan yağışla bərabər dolu düşüb.

Düşən yağışın miqdarı Daşkəsəndə 40 mm (aylıq normanın 68 faizi), Şahdağda 22 mm, Gədəbəydə 19 mm, Sarıbaş (Şəki), Xınalıqda 15 mm, Qrızda 14 mm, Qusarda 13 mm (aylıq normanın 44 faizi), Tovuzda 13 mm (aylıq normanın 41 faizi), Balakəndə 10 mm, Xaçmaz, Qubada 9 mm, Gəncədə 8 mm (aylıq normanın 34 faizi), Şəmkirdə 8 mm (aylıq normanın 33 faizi), Ağstafa, Oğuz, Kişçayda (Şəki) 8 mm, Mingəçevirdə 7 mm (aylıq normanın 35 faizi), Göygöl, Qəbələdə 5 mm, Şəkidə 4 mm, Zaqatalada 3 mm, Şamaxıda 2 mm, Naftalan, Şabran, Xaltanda 1 mm olub.

Şimal-qərb küləyi arabir Neftçalada 32 m/s, Gəncə, Naftalanda 30 m/s, Ələtdə 24 m/s, Bərdə, Daşkəsəndə 23 m/s, Nabran, Xaçmaz, Tərtər, Ağdamda 20 m/s, Mingəçevirdə 19 m/s, Şəmkirdə 17 m/s, Şabran, Qubada 16 m/s, Yevlaxda 15 m/s, Abşeron yarımadasında 15-20 m/s, arabir 25-28 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.3  metrə çatıb.Apa



Xəbəri paylaş

436 dəfə oxunub.

Digər xəbərlər