Yeni proqram çərçivəsində Qarabağın bərpasına 20 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub.
Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
V.Qasımlı qeyd edib ki, bu xərclər daha çox daxili imkalar hesabına təmin ediləcək.
Onun sözlərinə görə, indiyə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa quruculuq işlərinə 9 milyard manata yaxın vəsait ayrılıb.
V.Qasımlı əlavə edib ki, prosesdə daha yaxından iştirak etməsi üçün özəl sektora imkanlar yaradılır:
"Bu sahədə dövlət-özəl partnyorluğu üçün qanunvericilik təkmilləşdirilir. Eyni zamanda, Qarabağda fəaliyyət göstərəcək sahibkarlara vergi, gömrük güzəştlərinin verilməsi, əlverişli kredit resurslarına çıxış imkanlarının yaradılmasını buna nümunə göstərə bilərik".