Saytımızı qiymətləndirin


 
 

Deputat cərimələrin 3 dəfə azaldılmasını TƏKLİF ETDİ
Tarix: 19-01-2023 | Saat: 11:25
Bölmə:Karusel / Sosial | çapa göndər

Deputat cərimələrin 3 dəfə azaldılmasını TƏKLİF ETDİ

 

Milli Məclisdə deputat cərimələrin məbləğinin çox olmasından şikayətlənib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini, deputat Qüdrət Həsənquliyev çıxış edib.

 

"Cərimələr çox yüksəkdir. Bu aralar gözümüzü yumub, cərimələri yazırıq. Amma bunun elmi yanaşması lazımdır. İndi müəyyənləşməlidir ki, cərimənin məbləği onun aylıq ödənişi ilə mütənasibdirmi? Nəzərə almaq lazımdır, cərimə verən ailə dolandırır, onun ailəsini gündəlik təlabatlardan məhrum etmiş oluruq. Cərimələr o demək deyil ki, dövlət büdcəsinə pul gəlsin, əsas odur ki, cərimələnən şəxs tənbeh olunsun. Ona görə də cərimələr 3 dəfə aşağı salınmalıdır", - deyə deputat vurğulayıb.(Modern.az)



Xəbəri paylaş

1116 dəfə oxunub.

Digər xəbərlər