Saytımızı qiymətləndirin


 
 

Zelenskinin ABŞ-a səfəri necə təşkil olunub?
Tarix: 23-12-2022 | Saat: 22:43
Bölmə:Karusel / Manşet | çapa göndər

Zelenskinin ABŞ-a səfəri necə təşkil olunub?

Xəbər verdiyimiz kimi, Ukrayna prezidenti Volodimir Zelenski bir neçə gün əvvəl ABŞ-a səfər edib. 

 

Qarabaginfo.az xəbər verir ki, BBC kanalı Zelenskinin müharibənin başlanmasından sonra ilk xarici səfərinin detallarını açıqlayıb.

 

Məlumata görə, Zelenskinin Vaşinqtona səfəri Polşaya qatar ilə başlayıb. O, Ukraynadan gizli şəkildə qatarla Polşaya gedib və çərşənbə günü səhər saatlarında sərhəddə yerləşən Przemysl şəhərindəki dəmiryol vağzalına çatıb.

 

Zelenski Rzeşov hava limanından ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "Boeing C-40B" model təyyarə ilə havaya qalxıb. Onun təyyarəsini NATO kəşfiyyat təyyarəsi və F-15 qırıcısı müşayiət edib.

 

Nəşr qeyd edir ki, səfər aylarla müzakirə olunub, lakin son hazırlıqlar sürətlə aparılıb. Bayden və Zelenski bu barədə dekabrın 11-də danışıblar, üç gün sonra isə Zelenskiyə dəvət göndərilib. 

 

Təyyarə şimal-qərbə Böyük Britaniyaya doğru istiqamət götürüb, lakin Şimal dənizi üzərində hava məkanına girməzdən əvvəl NATO kəşfiyyat təyyarələri ərazini yoxlayıb. Məlumdur ki, Rusiya sualtı qayıqları dənizdə patrul edir.

 

İngiltərədəki bazadan havaya qalxan Amerikanın F-15 qırıcısı isə Zelenskinin uçuşunu səyahətin bir hissəsində müşayiət edib. Havaya qalxdıqdan 10 saat sonra təyyarə Vaşinqton yaxınlığında yerə enib. 



Xəbəri paylaş

1114 dəfə oxunub.

Digər xəbərlər