Tarix: 22-12-2022 | Saat: 20:52
Bölmə:Karusel / Manşet | çapa göndər
“Ukraynaya əsasən sovet mənşəli silahlar gedir və həmin silahlar isə bitmək üzrədir”.
Qarabaginfo.az-ın məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.
“Bizə qarşı çıxanlar bunun guya müdafiə silah olduğunu deyir. Yaxşı. Bunu nəzərə alacağıq. Deməli, bunu edənlər boş yerə etmirər. Bu, sadəcə münaqişənin uzadılması deməkdir. Bu qədər”,-deyə Rusiya Prezidenti ABŞ-ın “Patriot” sistemlərinin Ukraynaya verməsi ilə bağlı suala cavabında deyib.
Putin Rusiyanın Ukraynada anbarlarda nə qədər silah qaldığını nəzərə aldığını və hesabladığını da söyləyib:
“Rusiya hərbi ehtiyyatlarını xərcləyir, bu böyük rəqəmlərdir, lakin Ukrayna hərbi sənaye kompleksi ilə fərq böyükdür. Kiyevin ehtiyatları tezliklə tükənəcək. Biz silah istehsalını artırmaq niyyətindəyik”.
Digər xəbərlər