Saytımızı qiymətləndirin


 
 

Səudiyyəli nazir Zəngilana səfər edib
Tarix: 18-12-2022 | Saat: 18:21
Bölmə:Karusel / Manşet | çapa göndər

Səudiyyəli nazir Zəngilana səfər edib

Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Xalid ibn Əbdül Əziz Əl-Faleh və Azərbaycanın maliyyə naziri, Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında Müştərək Komissiyanın həmsədri Samir Şərifov Zəngilan rayonuna səfər ediblər.

 

Qarabaginfo.az xəbər verir ki, Zəngilan hava limanında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülmüş işlər və qarşıda duran planlara dair brifinq keçirilib.

 

Brifinqdən sonra Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevində iştirakı ilə Səudiyyə Ərəbistanı Krallığından gələn 50-dən çox qonaq Zəngilan məscidinin yenidən qurulması, Zəngilan şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb.

 

Qonaqlar, eyni zamanda, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinə baxış keçirib və burada yaradılan infrastrukturla yaxından tanış olublar.

 

Daha sonra səudiyyəli qonaqlar Zəngilan rayonunda yerləşən Ağalı kəndində “Ağıllı kənd” layihəsi ilə tanış olub, kənd sakinləri ilə görüşüblər. “Göyərçin” abidə-fəvvarə kompleksinə və meydana baxış keçirilib.

 

Sonda səfərdə iştirak edən qonaqlar Zəngilan Beynəlxalq Hava Limanından Bakı şəhərlərinə yola salınıblar.



Xəbəri paylaş

1146 dəfə oxunub.

Digər xəbərlər