"Vardanyan Qarabağdakı erməniləri deyil, qızılı xilas etmək üçün gəlib..."-Erməni bloqçu
Tarix: 12-12-2022 | Saat: 16:40
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1148 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-12-2022 | Saat: 16:40
Bölmə:Karusel / Qarabağ | çapa göndər
"Mən Ruben Vardanyanın Qarabağda varlı məmurların artıq oğurluq edə bilməyəcəkləri, daha müftəxor olmayacaqları və bütün gücümüzlə birləşmək zərurəti haqqında şüarlar səsləndirdiyi videoya baxdım. Müftəxorun nə olduğunu kim bilmir, mən izah edərəm - bu, heç bir şey etmədiyiniz, əlinizi ağdan qaraya vurmadığınız və bunun müqabilində əla maaş aldığınız rahat bir həyatdır".
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Xankəndində yaşayan erməni bloqçu David Simonyan "Kavkazski uzel" nəşrində təqdim etdiyi materialda yazıb.
"Yüzlərlə misal göstərmək olar. Ən bariz nümunə Ermənistan Daxili İşlər Nazirliyinin keçmiş rəhbərinin həyat yoldaşıdır. Məlum olub ki, həmin qadın əri generalla birlikdə həm orduda, həm də polisdə xidmət edib və polkovnik maaşı alıb" -deyə bloqçu əlavə edir.
"Belə çıxır ki, Rubenyan etiraf edir ki, Qarabağ ermənilərinin qarət edilməsi haqqında mənim tərəfimdən yazılanların hamısı doğrudur. Və bəli, bu, reallıqdır və o, bunun bir daha təkrar olunmayacağına əmindir. Niyə bir daha baş verməyəcək? Bizdən oğurluq edən bu adamlar uzun müddət həbsdə olub, cəmiyyətdən təcrid olunublar, yoxsa büdcəni oğurlamağın pis olduğunu başa düşüb, daha xalqı soymamaq, eyni zamanda kürsülərində qalmaq üçün vicdanlı söz veriblər? Maraqlıdır, o, bunu necə təsəvvür edir; Bako Saakyan(separatçı rejimin keçmiş rəhbəri-S.L.) mənim və onun ələ keçirdiyi bütün digər mənzilləri "İmnadram" bankından aldığı kredit hesabına alıb üzrxahlıqla geri qaytaracaq, yoxsa biz özümüz hər şeyi bağışlayıb unuduruq?"- deyə D.Siminyan davamında bildirir.
"İndi bütün Stepanakertdə(Xankəndində-S.L.) yoxlamalar gedir, hətta üzdə olan rəqəmlər vasitəsilə də büdcənin dəhşətli israfçılığı üzə çıxıb. Ruben Vardanyan deyir ki, bizə güclü lider lazımdır, onun məhz bizə lazım olan lider olduğuna inanır və Qarabağ ermənilərini gələcəkdə bizimlə hər şeyin yaxşı olacağına inanmağa çağırır. Onun arxasında hansı güc və milyardlar dayanır, biz artıq eşitmişik, ancaq onun kim olduğunu yalnız yoxlamaların və real əməllərin real nəticələri göstərəcək. Azərbaycanlıların Kaşen(Dəmirli-S.L.) qızıl mədəninə necə hücum etməsinə baxsaq, başqa bir şey ağıla gəlir ki, bu haqda hələ bizə deyilməyib,- bəlkə də lider(Vardanyan-S.L.) insanları deyil, qızılı və ya ən azı mədənlərdəki texnikanı xilas etmək üçün gəlib"- deyə erməni bloger vurğulayıb.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
26-04-2022, 12:38
Latviya Baş nazirinin müavini İlham Əliyevin qəbulunda - FOTO
13-07-2018, 15:05
Prezident İlham Əliyev: "Şər qüvvələr bizim siyasətimizə, iradəmizə təsir edə bilmir"
20-10-2022, 23:40
İsrailin Baş naziri İran-Rusiya hərbi əlaqələrdən narahatlığını bildirib
16-01-2022, 14:49
Şamaxıda azyaşlı uşaqlar acınacaqlı vəziyyətdə - DİN açıqlama yaydı
27-04-2024, 11:33
Xankəndidə yenə silah-sursat tapıldı
2-05-2020, 12:20
Maddi yardım mənfəət və sadələşdirilmiş vergidən azad edilsin - Elnur Allahverdiyev
28-12-2021, 16:42
Alimlərə verilən qalmaqallı ərzaq yardımı ilə bağlı - Açıqlama
16-05-2023, 19:47
Sinan Oğanla danışıq aparılıb? - Ərdoğanın sözçüsü açıqladı