Tarix: 12-12-2022 | Saat: 14:22
Bölmə:Karusel | çapa göndər
Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb.
Qarabaginfo.az-ın xəbərinə görə, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrelin sədrliyi ilə keçirilən iclasa ittifaqın qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi də qatılıb.
Azərbaycanı toplantıda xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramına daxil olan 6 ölkədən 5-nin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri Aİ ölkələrindən olan həmkarları ilə bir araya gəliblər.
Görüşdə həmçinin Avronest Parlament Assambleyası, Avropa Regionlar Komitəsi/CORLEAP, Avropa İqtisadi və Sosial Komitəsi, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu, Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri də iştirak edir.
İştirakçılar Aİ-nin İqtisadi və İnvestisiya Planını da müzakirə edəcəklər.
Digər xəbərlər