Saytımızı qiymətləndirin


 
 

Videolarını “Tik-Tok”da paylaşan sürücü həbs olundu
Tarix: 08-12-2022 | Saat: 16:58
Bölmə:Karusel | çapa göndər

Videolarını “Tik-Tok”da paylaşan sürücü həbs olundu

 

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücü saxlanılıb. Onun bu əməlləri vətəndaşların da haqlı narazılığına səbəb olub.

 

Bu barədə Qarabaginfo.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

 

Bildirib ki, şəhər sakini Cavidan Rəhimli idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə əsasən təhsil müəssisələrinin qarşısında intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və avtoxuliqanlıq hərəkətlərini “Tik-Tok” sosial şəbəkəsində paylaşıb.

 

Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Cavidan Rəhimli sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilib.

 



Xəbəri paylaş

135 dəfə oxunub.

Digər xəbərlər