Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırır və Ukraynanı müharibə ilə təhdid edir
Tarix: 07-12-2022 | Saat: 12:30
Bölmə:Karusel / Region | çapa göndər
1178 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 07-12-2022 | Saat: 12:30
Bölmə:Karusel / Region | çapa göndər

"Ukrayna təhlükəsini dinc yolla aradan qaldırmaq mümkün olmasa, Rusiya bunu hərbi yolla edəcək..."
"Rusiya bundan sonra da Ukraynanın hərbi məqsədlərlə istifadə edilən infrastrukturuna zərbələr endirəcək..."
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının Ukraynada humanitar vəziyyət və döyüşən ölkənin uşaqlarının qorunmasına həsr edilən iclasında qəribə nitq söyləyib.
Öz çıxışında o, bəyan edib ki, "Ukrayna təhlükəsini dinc yolla aradan qaldırmaq mümkün olmasa, Rusiya bunu hərbi yolla edəcək".
Moderator.az xəbər verir ki, bu barədə "ukt.net" nəşri məlumat yayıb.
Nebenzyanın sözlərinə görə, Qərb ölkələri səkkiz il ərzində Ukraynadan "Rusiya əleyhinə div" düzəldərək, "öz vətəndaşlarına qarşı dəhşətli cinayətlərinə, Donbasda dinc sakinlərin qətlinə, nasist cinayətkarlar və onların əlaltılarının qəhrəmanlaşdırılmasına, öz ölkəsinin rusdilli əhalisinə qarşı təqiblərinə göz yumub".
Rusiyanın daimi nümayəndəsi qeyd edib ki, "Kiyev rejiminə nə zamansa Rusiyaya nifrət hissi yağdıranadək və ABŞ və onun NATO müttəfiqlərinin Rusiya ilə geosiyasi mübarizəsində alətə çevrilənədək hər şey bağışlanılıb".
"Xüsusi hərbi əməliyyatının bütün məqsədlərinə bu və ya başqa yolla nail olunacaq, - Nebenzya məlumat verib. - Əgər bu məqsədlərə dinc yolla nail olmaq, Ukraynanı normal, mehriban qonşu dövlətə çevirmək, oradan Rusiyaya təhlükəni aradan qaldırmaq mümkün olmasa, deməli, bu məqsədə hərbi yolla nail olanacaq".
Daimi nümayəndə vurğulayıb ki, "Kiyevin və Qərbin gözləri açılmayınca", Rusiya öz maraqlarını sərəncamında olan bütün metodlarla müdafiə edəvək.
Bundan sonra Nebenzya bəyan edib ki, özünün ukraynalı həmkarı Sergey Kislitsanı dinləmək niyyətində deyil və iclas zalını tərk edib.
Sonradan jurnalistlər üçün brifinqdə Nebenzya məlumat verib ki, Rusiya dekabrın 9-da BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırır.
Bu iclas Ukraynaya tez-tez "təkcə Avropada deyil, həm də Yaxın Şərqdə və Afrikada hər cür quldur və terrorçuların əlinə keçən" Qərb silahının tədarükü ilə əlaqədardır.
Nebebzya Nigeriya prezidentinin belə bəyanatını xatırladıb ki, Ukraynada münaqişə Çad gölü hövzəsində terrorçular üçün əsas silah mənbəyidir.
Daimi nümayəndənin sözlərinə görə, qaçalmalçılıqda və vəsaitlərin yuyulmasında transmilli cinayətkar qruplar iştirak edir.
O, həmçinin bəyan edib ki, Rusiya bundan sonra da Ukraynanın hərbi məqsədlərlə istifadə edilən infrastrukturuna zərbələr endirəcək.
Xatırladaq ki, Ukraynada müharibə artıü doqquz aydan çoxdur ki, davam edir, Rusiya onu "xüsusi hərbi əməliyyat" adlandırır.
Son zamanlar Rusiya ordusu məqdədyönlü şəkildə qonşu ölkənin energetika infrastrukturunu məhv edir, ukraynalıların evlərini, həmçinin xəstəxana, uşaq bağçaları, məktəblər və digər ictimai müəssisələri işıqsız və istiliksiz qoyur.
Dekabrın 1-də brifinqdə çıxış edərək, Rusiya xarici işlər naziri Sergey Lavrov bir sıra rezonans doğuracaq bəyanatlar səsləndirib. O cümlədən deyib ki, Rusiya Ukrayna ilə, guya, hansısa danışıqlar barədə heç vaxt hər hansı xahiş etməyib.(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
26-11-2020, 11:12
Milli Məclis sədrindən Laçınla bağlı açıqlama
21-12-2021, 15:14
Makronun arvadı cinsini dəyişmiş kişidir? - Birinci ledi QƏZƏBLƏNDİ
12-02-2024, 12:33
Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini bu tarixdə YOXLAYACAQ
11-03-2025, 10:04
Azərbaycan və Qazaxıstan XİN rəhbərləri görüşüb
29-12-2021, 16:11
İran Qafanda konsulluq açmaq İSTƏYİR
24-04-2024, 13:52
Şuşada elektrik avtobusları olacaq - Velosiped yolları da salınır...
27-03-2021, 19:02
Azərbaycanda son sutkada 1690 nəfər COVID-19-a yoluxub, 713 nəfər sağalıb, 19 nəfər vəfat edib
4-02-2023, 13:23
Beynəlxalq səyyahlar Şuşaya səfər edib - FOTO
28-06-2024, 16:00
Lahıc-Dəmirçi-Şamaxı yolunda çatlar və yarğanlar yaranıb
2-12-2022, 21:52
Kanada İrana qarşı sanksiyalar siyahısını genişləndirdi






" style="width: 670px; height: 340px;">









