Saytımızı qiymətləndirin


 
 

General Volkov yenə Xankəndində separatçı “deputat”ları qəbul etdi və Laçın yolunda...
Tarix: 06-12-2022 | Saat: 21:05
Bölmə:Karusel / Manşet | çapa göndər

General Volkov yenə Xankəndində separatçı “deputat”ları qəbul etdi və Laçın yolunda...

Rusiyanın "sülhməramlı" adlanan hərbi kontingentinin komandanı, general-mayor Andrey Volkov  bu gün Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz "qanunverici orqanı"nın 5 fraksiyasının rəhbərlərini qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, bu haqda erməni mənbələri məlumata yayıb.

Görüş zamanı həm Azərbaycanın "təxribatları", həm də Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurulacağı barədə bəyanat müzakirə olunub. Volkov görüşdə Laçın yolunda azərbaycanlılarla  birgə heç bir keçid məntəqəsinin olmayacağını bildirib. 

Volkova onun çıxışları barədə Azərbaycan telekanallarında yayılan videolarla  bağlı sual verildikdə Rusiya "sülhməramlı" qüvvələrinin komandiri guya onun çıxışının redaktə olunduğunu və kontekstdən çıxarıldığını deyib.

Xatırladaq ki, ötən bir ildən çox müddətdə general Volkov dəfələrlə separatçı-terrorçu rejim nümayəndələri ilə görüşüb.



Xəbəri paylaş

1142 dəfə oxunub.

Digər xəbərlər