Saytımızı qiymətləndirin


 
 

Sərnişinlər əsəb keçirir, tıxacda qalır - BNA çıxış yolu göstərir
Tarix: 06-12-2022 | Saat: 12:02
Bölmə:Karusel | çapa göndər

Sərnişinlər əsəb keçirir, tıxacda qalır - BNA çıxış yolu göstərir

 

Tıxacların aradan qaldırılması üçün əsas məsələ avtobus zolaqlarının təşkilidir.

 

Qarabaginfo.az-ın məlumatına görə, bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

 

M.Ağayev xatırladıb ki, oktyabrın 3-də Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən müzakirələr nəticəsində Bakıda tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər planı hazırlanıb və qurumlar qarşısında bir sıra tapşırıqlar qoyulub.

 

"Bunlar əsasən Bakıda ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsi, yolların buraxıcılıq imkanlarının artırılması, ictimai nəqliyyatın daha səmərəli olması ilə bağlıdır. Daha doğrusu 7 A müntəzəm marşrut xəttinin keçdiyi küçə və prospektlərdə əlavə avtobus zolaqlarının olmasıdır.

Son aylar Bakının nəqliyyat sistemində sıxlıqlar, dayanacaqlarda sərnişinlərin keçirdiyi əsəb, stress, avtobusların hərəkət intervalında gecikmələr şəhər nəqliyyatı ilə bağlı prioritetlərin dəyişdirilməsini ortaya qoyur. Dayanıqlı şəhər mobilliyi üçün əsas məsələ avtobus zolaqlarının təşkilidir", - M.Ağayev bildirib.



Xəbəri paylaş

147 dəfə oxunub.

Digər xəbərlər