Saytımızı qiymətləndirin


 
 

Dekabrda Bakıya qar yağmayacaq
Tarix: 02-12-2022 | Saat: 17:35
Bölmə:Karusel | çapa göndər

Dekabrda Bakıya qar yağmayacaq

 

“Bu il dekabr ayının əvvəli daha çox tutqun keçəcək, fasilələrlə yağıntı olacaq”.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

 

“Əsasən şimal və şərq rayonlarında yağıntıların daha intensiv olacağı gözlənilir. Ayın 7-nə kimi hava soyuq olacaq. Paytaxtda bu müddət ərzində ən soyuq havanın ayın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperaturu biri-birinə yaxın - 3-6 dərəcə isti olacaq. Dekabrda şaxta gözlənilmir. Ona görə də Abşeron yarımadasında yağıntılar yağış şəklində olacaq. Lakin qar görmək istəyənlər ölkənin digər ərazilərinə səfər edə bilərlər”, - U.Tağıyeva qeyd edib.

 

Qurum rəsmisi əlavə edib ki, Azərbaycanda orta sutkalıq temperaturun 10 dərəcədən yüksək olan dövrünün davamiyyəti 20 günə qədər artıb:

 

“Regiondan asılı olaraq 170-245 gün təşkil edir. Artım əsasən dağlıq ərazilərdə müşahidə olunur. Bu, isti qurşaqların sərhədinin 150-200 metrədək yüksəlməsinə səbəb olur. Bu bizə isti sevən bitkilərin əkin sahələrini artırmaq imkanı yaradır. Beləliklə, iqlim dəyişikliyinin mənfi təsirlərindən faydalana bilərik".



Xəbəri paylaş

116 dəfə oxunub.

Digər xəbərlər