Saytımızı qiymətləndirin


 
 

"Ukraynanın axırına çıxmasaq, hamımızı Haaqa gözləyəcək!.."
Tarix: 01-12-2022 | Saat: 12:51
Bölmə:Karusel / Region | çapa göndər

"Hamı məsuliyyət daşıyacaq, fərq etməz, o, Putin rejiminin əlaltısı olub, yoxsa yan keçib..."
"Kreml təbliğatçıları bütün rusiyalıları qorxutmaq və onları öz cinayətlərinə bulaşdırmaq istəyirlər..."
 
Qorxuya düşən Skabeyeva Simonyanın ardınca Haaqa tribunalından danışıb və...
 
Rusiya Federasiyası televiziyasında şok: ölkədəki hakimiyyət "Putin rejimi" adlandırılıb!..
 
Kremlin əsas təbliğatçıları müharibənin intuqamını gözləyir...
 
Kreml təbliğatı bütün rusiyalıların istisnasız olaraq Ukraynada törədilən müharibəyə görə kollektiv məsuliyyəti barədə yeni narrativ yeritməyə başlayıb.
 
Dünən "Kreml divarı arxasında səki daşlarını təmizləyən süpürgəçini də Haaqa məhkəməsi gözləyə bilər" deyən "Rossiya seqodnya" ("Rusiya bu gün") telekanalının baş redaktoru Marqarita Simonyanın ardınca teleaparıcı Olqa Skabeyeva həyəcan təbili çalıb.
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə o, "Rossiya-1" telekanalının efirində bəyan edib.
 
"Allah eləməsin. Biz bunu qəbul etmirik, heç ucadan da səsləndirmirik. Lakin birdən, təsəvvür edək ki, nəsə baş verəcək və ölkəmiz qələbə qazana bilməyəcək.
 
O zaman anlamaq lazımdır ki, istisnasız olaraq hamımıza iradlar tutulacaq! Fərq etməz, Rusiya Federasiyasının ərazisində, yaxud onun hüdudlarından kənardayıq...
 
Sadəcə, kənarda olanlar, yəqin ki, dərhal həbs ediləcək. O, PUTİN REJİMİNİN (seçmə redaksiyanındır) əlaltısı olub, yoxsa yan keçib, bu, vacib deyil! Biz hamımız günahkar olacağıq!
 
Biz onu anlamalıyıq ki, həm ölkənin mövcudluğu, həm Rusiya Federasiyasının hər bir vətəndaşının, həm də bizim gələcək hər hansı qayğısız həyatımız təhlükə qarşısındadır...
 
Haaqa tribunalı, cinayət işlərinin açılması, kompensasiyalar, reparasiyalar, bütün bunların olmaması üçün döyüş əməliyyatları o qədər fəallaşmalı, düşmən o qədər sıxılmalı və ona o qədər təzyiq göstərilməlidir ki, o, bizə atəşkəs barədə və ya sülhün yaradılması üçün müraciət etsin", - Skabeyeva bəyan edib.
 
Təbliğaçı qadının müraciəti sadədir: Ukraynanın, nəyin bahasına olursa olsun, axırına çıxmaq lazımdır!
 
Lakin sosial şəbəkələr istifadəçilərini təbliğatçıların Ukrayna kampaniyasının iflasa uğrayacağı təqdirdə cəzanın qaçılmaz olduğunu anlaması deyil, aparıcının birbaşa efirdə açıq mətnlə müharibə tərəfdarlarını "Putin rejiminin əlaltıları" adlandırması olub.
 
Demək olar ki, Rusiya televiziyasında ilk dəfədir ki, ölkədəki siyasi hakimiyyət məhz bu sözlərlə böyük auditoriyara yayımlanır.
 
Simonyan və Skabeyevanın bəyanatlarını özünün Telegram-kanalında rusiyalı hərbi və siyasi icmalçı Anatoli Nesmiyan (Əl Mürid) şərh edib.
 
O, əmindir ki, təbliğatçı qadınlar, bir tərəfdən, Haqqadan öz şəxsi qorxularını ifadə edir, digər tərəfdən, bu hissi bütün rusiyalllara sırımaq, onları öz cinayətlərinə bulaşdırmaq və bununla da sıx birləşdirməyə cəhd edirlər.
 
"Rusiya xalqı kollektiv günah olmadan da rejimin cinayətlərinə görə öz məsuliyyət payını daşıyacaq, "Putindən sonra" bu rejimin ölkənin başına gətirdiklərindən illərlə deyil, nəsillərlə  təmizləmək lazım gələcək.
 
Biz isə bunun bədəlini gələcəyimizlə, övladlarımızın gələcəyi ilə bu adamabənzər varlıqların ölkəmizə törətdiklərilə ödəyirik. 
 
Bunu edənlər, onlara kömək edənlər isə sonradan ödəyəcəklər. Amma bu, mütləq baş verəcək. Ona görə də onlar belə qorxu və dəhşət içindədirlər", - rusiyalı bloger yazıb.(Moderator.az)


Xəbəri paylaş

1155 dəfə oxunub.

Digər xəbərlər