Saytımızı qiymətləndirin


 
 

Kanada XİN: Ukrayna münaqişəsində diplomatik həll mərhələsinə çatmamışıq
Tarix: 29-11-2022 | Saat: 12:54
Bölmə:Karusel | çapa göndər

Melani Coli

 

Ukraynadakı hərbi münaqişənin həlli üçün diplomatik yollar tapılacaq.

Bunu Kanada XİN rəhbəri Melani Coli deyib.

“Son nəticədə münaqişənin həlli üçün diplomatik yol tapılacaq. Hər bir münaqişənin sonu belə olub. Sadəcə olaraq Ukrayna məsələsində biz hələ o mərhələyə gəlib çatmamışıq” – nazir qeyd edib.

O həmçinin əlavə edib ki, hətta yaxın zamanda münaqişənin sülh yolu ilə həllinə ümidlərin olmamasına baxmayaraq, qarşıdan gələn çətin qış fəsli dövründə NATO alyansı Ukraynaya tam dəstək verəcək.

Nazirin sözlərinə görə, NATO-ya üzv olan ölkələrin energetika nazirləri getdikcə daha da irəliləyən enerji böhranının qarşısını almaq üçün həll yollarını axtarır.

“Biz Ukrayna vətəndaşlarının qarşıdan gələn çətin qışa davam gətirə biləcəklərinə zəmanət verməliyik” – nazir vurğulayıb.



Xəbəri paylaş

153 dəfə oxunub.

Digər xəbərlər