“Kremlin Vardanyanı separatçıların başına gətirməsi Şimal-Cənub dəhlizi ilə də bağlıdır...”
Tarix: 28-11-2022 | Saat: 13:28
Bölmə:Karusel / Region | çapa göndər
1201 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-11-2022 | Saat: 13:28
Bölmə:Karusel / Region | çapa göndər

“Moskvanın məqsədi Azərbaycanı zorla Şimal-Cənub dəhlizinin açılmasına razılıq verməyə məcbur etməkdir...”
“Azərbaycan ərazisinin təxminən altıda birini nəzarətdə saxlayan Rusiya hərbi kontingentinin Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrini silahla təchiz etməsi faktları artıq təsdiqini tapır. Deməli, Kreml nə vaxtsa həmin separatçı “müdafiə ordusu”nun əli ilə torpaqlarımızda növbəti lokal və ya genişmiqyaslı hərbi qarşıdurmanı körükləməyi planlaşdırır. Bəs görəsən, bu, hansı məqamda baş verə bilər?
Qarabaginfo.az-ın məlumatına görə Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib.
“Bəli, Rusiya “sülhməramlıları” adlanan həmin o kontingentin qanunsuz erməni silahlı dəstələrini silahla təchiz etməsi, onlara təlim keçməsi şəksizdir. Bu haqda onlarla fakt var. Rusiya mənbələrinin yaydığı rəsmi və qeyri-rəsmi xəbər və məlumatlarda bəhs edilən Azərbaycan ərazisinin Rusiya Müdafiə Nazirliyi tərəfindən heç bir rəsmi qurum olmayan və heç kəs tərəfindən tanınmayan qondarma “dağlıq Qarabağ respublikası” kimi təqdim olunması Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımamasını, ona həqarət etməsini, onu təhqid altına qoymasını sübut edir. Moskva eyni zamanda bununla situasiyaya nəzarət edən tərəf olduğunu nümayiş etdirir. Eyni zamanda qanunsuz erməni birləşmələrinin qeyd etdiyimiz silahlandırılması məsələsi... Və həmçinin, silahlandırmanı da kənara qoyaq, yada salaq ki, həmin bədnam 10 noyabr üçtərəfli bəyanatına görə, Rusiyanın “sülhməramlı”larının əsas vəzifələrindən biri erməni silahlı birləşmələrinin tərksilah olunmasıydı ki, bunu etmədilər. Elə bunu etməmək erməni separatçılarını silahlandırmaq kimi bir şeydir...”
Ərəstun Oruclu Putin rejiminin Qarabağdakı separatçıların başına Ruben Vardanyanı bir lider kimi gətirməsinin əsl hədəflərindən bəhs edib.
“Hesab edirəm ki, Kremlin Qarabağdakı silahlı dəstələri saxlamasının, onları silahlandırmasının, oradakı separatçıların başına Ruben Vardanyanı bir lider kimi gətirməsinin hədəfi isə Şimal-Cənub dəhlizinin Azərbaycan və həmçinin İran tərəfindən açılmayacağı halda həmin o silahlı dəstələrdən destablizasiya faktoru kimi istifadə etmək və bundan sonra bölgədə növbəti müharibəni qızışdırmaq planıdır. Mən bu planı belə görürəm. Və həmin planın tərkib hissəsindən biri də bu gün KTMT-nin İrəvanda keçirilən toplantısı və Putinin birbaşa özünün o sammitdə iştirakı, bu tədbirin hədəfində, məqsədində Ermənistana hərbi dəstəyin verilməsinin olmasıdır. Bunlar hamısı göstərir ki, sadalananlar vahid bir planın tərkib hissəsidir və məqsəd, dediyim kimi, Azərbaycanı zorla həmin Şimal-Cənub dəhlizinin açılmasına razılıq verməyə məcbur etməkdən ibarətdir. Və şübhəsiz ki, həmin planda da Qarabağdakı qanunsuz hərbi birləşmələrin iştirakı nəzərdə tutulubdur. Bu, birmənalıdır...”-deyə siyasi analitik vurğulayıb.
Xəbəri paylaş
Digər xəbərlər
1-08-2022, 14:15
Ceyms Şarp Füzulinin Şükürbəyli kəndinə səfər edib
12-01-2023, 11:32
“100-dən çox rus cəhənnəmə vasil oldu” - Ukrayna Silahlı Qüvvələri
23-12-2025, 08:23
ABŞ Danimarkaya hava-hava raketlərinin satışını təsdiqləyib
24-01-2022, 14:35
“Vmedia”: “Erməni kilsəsi “Həvari” kilsəsi adlana bilməz”
14-06-2025, 22:36
Ərdoğan Əliyevə zəng etdi
21-12-2017, 16:41
“Bu sahədə çox böyük cinayətlər törədilib” - İlham Əliyev
31-07-2024, 12:50
“Haniyənin qətli Yaxın Şərqi xaosa sürükləyəcək”- Qətər XİN
15-02-2022, 20:41
Ərdoğan Dubayda Azərbaycan pavilyonunu bəyəndi
2-01-2022, 11:03
CAR-ın parlamenti yanır, bina uça bilər
30-12-2022, 10:20
Pelenin ölümü səbəbindən Braziliyada üç günlük matəm elan olunub

















