Saytımızı qiymətləndirin


 
 

Lukaşenko deyib ki, ABŞ Ukraynaya Rusiya ilə danışıqlara başlamağa imkan vermir
Tarix: 27-11-2022 | Saat: 16:20
Bölmə:Karusel / Manşet | çapa göndər

Aleksandr Lukaşenko

ABŞ Ukrayna rəhbərliyinə Rusiya ilə danışıqlar prosesinə başlamağa imkan vermir.

Qarabaginfo.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko "Rossiya-1" telekanalının efirində "Moskva. Kreml. Putin" proqramına müsahibəsində jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib.

 

“Əgər siz Ukrayna rəhbərliyini nəzərdə tutursunuzsa, deməli, onlar buna qətiyyən imkan vermirlər. Amerikalılar Avropanı bir zərbəyə yıxmaq, Rusiyadan keçməklə Çinə çatmaq istəyirlər. Təbii ki, Rusiyanı tapdalamaq niyyətindədilər”, - Lukaşenko bildirib.

Belarus lideri həmçinin qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenski danışıqlar prosesinin əsas prinsiplərini pozur.

"Ukraynalıların səhvi Zelenskinin danışıqlar prosesinin klassik prinsiplərini pozmasıdır. Xüsusilə nəhəng Rusiya ilə danışarkən. Əvvəlcədən şərt qoya bilməzsiniz. Danışıqlar masasına oturun, orada bütün şərtləri irəli sürün. İkinci prinsip isə klassikdir - kompromislər”, - Belarus prezidenti qeyd edib.



Xəbəri paylaş

1157 dəfə oxunub.

Digər xəbərlər