Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Ordusunda döyüş atışlı təlimlər keçirilib - VİDEO
Tarix: 18-11-2022 | Saat: 14:24
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azərbaycan Ordusunda döyüş atışlı təlimlər keçirilib - VİDEO

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının motoatıcı bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.

MN-dən Qarabaginfo.az-a verilən məlumata görə, təlimlərə cəlb olunan bölmələr praktiki fəaliyyətləri yerinə yetiriblər.
Bölmələr döyüş texnikası üzərində müxtəlif irəliləmə üsullarını məşq etdiriblər və təyin olunmuş marşrutla hərəkət edərək şərti düşmən mövqelərinə yaxınlaşmaq, eləcə də aşkar olunan hədəflərin məhv edilməsi üzrə tapşırıqları uğurla yerinə yetiriblər.
Vətən müharibəsində və müasir döyüş əməliyyatlarında qazanılan təcrübələr nəzərə alınmaqla keçirilən təlimlərin əsas məqsədi motoatıcı bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, o cümlədən şəxsi heyətin səhra və praktiki vərdişlərinin inkişaf etdirilməsidir.



Xəbəri paylaş

1130 dəfə oxunub.

Digər xəbərlər