Saytımızı qiymətləndirin


 
 

TƏBİB: Xırdalandakı partlayışda xəsarət alan bir nəfərin vəziyyəti ağırdır
Tarix: 16-11-2022 | Saat: 23:15
Bölmə:Karusel | çapa göndər

TƏBİB: Xırdalandakı partlayışda xəsarət alan bir nəfərin vəziyyəti ağırdır

Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasında mənzildə baş verən partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb olunub.

TƏBİB-dən Qarabaginfo.az-ya verilən xəbərə görə 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Tibb müəssisəsində müalicəsi aparılan cinsi qadın olan - 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan - 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan - 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir.



Xəbəri paylaş

1118 dəfə oxunub.

Digər xəbərlər