Saytımızı qiymətləndirin


 
 

Zelenski istədiyini aldı: ABŞ 4 ədəd güclü silahı Ukraynaya göndərdi
Tarix: 12-11-2022 | Saat: 14:58
Bölmə:Karusel / Region | çapa göndər

Zelenski istədiyini aldı: ABŞ 4 ədəd güclü silahı Ukraynaya göndərdi

ABŞ Ukrayna prezidenti Vladimir Zelenskinin hər çıxışında xatırlatdığı hava hücumundan müdafiə sistemlərini Kiyevə göndərdiyini açıqlayıb.


Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynaya göndərilən Avenger hava hücumundan müdafiə sistemi ən güclü masir silah növlərindən biri sayılır.


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yerli istehsal olan 4 ədəd Avenger hava hücumundan müdafiə sistemlərinin mülki ərazilər üçün qoruyucu şəbəkə yaratmaq məqsədilə Ukraynaya göndərildiyini bəyan edib.


Ukraynaya 400 milyon dollarlıq hərbi yardım çərçivəsində ABŞ ordusunun inventarından göndərilən bu sistemlər qısa mənzilli hava hücumundan müdafiə sistemləri kimi tanınır.

Humvee avtomobili üzərinə quraşdırlmış Avenger hava hücumundan müdafiə sistemi infraqırmızı kamera, optik nişangah və lazer məsafəölçənə malikdir və 8 km-ə qədər hədəf ala bilir.


Yüksək tutumlu hava hücumundan müdafiə sistemləri Vaşinqtondakı Ağ Evi qorumaq üçün istifadə olunan sistemlərə bənzəyir.(Modern.az)



Xəbəri paylaş

1144 dəfə oxunub.

Digər xəbərlər