Saytımızı qiymətləndirin


 
 

İrana qarşı yeni sanksiyalar hazırlanıb
Tarix: 11-11-2022 | Saat: 16:55
Bölmə:Karusel | çapa göndər

İrana qarşı yeni sanksiyalar hazırlanıb

Avropa İttifaqının xarici işlər nazirləri noyabrın 14-də İrana qarşı yeni sanksiyaları təsdiq etməyi planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə xarici KİV-ə yüksək səviyyəli Avropa mənbəsindən bildirilib.


“Avropa İttifaqının xarici işlər nazirləri qarşıdakı iclasda bu ölkədə nümayişçilərə dəstək məqsədi ilə İran hakimiyyətinə qarşı sanksiyaları təsdiq edəcəklər”.
 

Bundan əvvəl Aİ İranda etirazların yatırılmasına görə 11 şəxs və 4 təşkilata qarşı sanksiya tətbiq etmişdi. Xüsusilə də İranın əxlaq polisi sanksiyalara məruz qalıb.
 

Ay yarımdır ki, İranda gənc qadın Məhsa Əmininin polis tərəfindən saxlanılmasından sonra ölümü ilə bağlı iğtişaşlar davam edir. Etiraz və iğtişaşlar əsasən Gilan, Xuzistan, Sistan və Bəlucistan, Tehran, Kürdüstan əyalətlərində baş verir. İran hakimiyyəti Qərb ölkələrini öz KİV-lərində təxribatçı, anti-İran xarakterli mesajlar yaymaqla yanaşı, İranda hakimiyyəti devirməyə çağıran etirazçıları dəstəkləməkdə ittiham edir.



Xəbəri paylaş

142 dəfə oxunub.

Digər xəbərlər